"Braqa" Portuqaliya Premyer Liqasında "Sportinq"lə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, görüş "Sportinq"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Braqa" Avropa Liqasının pley-offunda "Qarabağ"ın rəqibidir. Bu komandalar arasında ilk oyun 15 fevral Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.