Dünən keçirilməli olan Portuqaliya Premyer Liqasının "Femalikan" - "Sportinq" matçı təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb azarkeşlər arasında yaşanan insident olub. Polislərin müdaxiləsinə baxmayaraq, fanatlar sakitləşməyib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.