"Braqa" heyətini gücləndirib.

Offsideplus.az xəbər verir ki, Portuqaliya təmsilçisi Çer Nduranı icarə əsasında transfer edib. PSJ-nin üzvü ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

19 yaşlı futbolçu Avropa Liqasının pley-offunda "Qarabağ"ın rəqibi olan komandada "10" nömrəli formanı geyinəcək.

Ndura keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

“Avropa Liqasında uğur əldə etmək üçün komandaya qələbə qazanmaqda kömək edəcəyimə ümid edirəm. “Braqa”nın mənim üçüm ideal klub olduğunu düşünürəm”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.