Alvaro Calo karyerasını Rusiyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Braqa"nın yarımmüdafiəçisi ilə "Krasnodar" yaxından maraqlanır. Premyer Liqa təmsilçisi "Qarabağ"ın rəqibinin ispaniyalı vingerini çempionluq mübarizəsində əlini gücləndirmək üçün transfer etmək istəyir. 

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm “Braqa”nın heyətində 29 oyun keçirib. İspaniyalı bu görüşlərdə 13 qol və 3 ötürmə ilə yadda qalıb. Calonun transfer qiyməti 7 milyon avro dəyərləndirilir.