"Braqa" PSJ-dən Şer Nduru ilə anlaşıb. 

Offsideplus.az xəbər verir ki, məlumatı "A Bola" nəşri yayıb. Artıq tərəflər arasında razılıq əldə edilib.

19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Braqa"nın formasını geyinəcək. İtaliyalı futbolçu "Breşiya"nın yetirməsidir. Yarımmüdafiəçi İtaliya U-21 yığmasının da üzvüdür.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də Portuqaliyada, cavab görüşünü isə fevralın 22-də Bakıda keçirəcək.