Portuqaliya Kubokunun yarımfinalında "Braqa" "Sportinq"lə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, qarşılaşma "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 65-ci dəqiqədə Abel Ruiz vurub.

Qeyd edək ki, “Braqa”nın həlledici görüşdə rəqibi bu gün keçiriləcək “Benfika” - “Eştoril” matçında bəlli olacaq.