"Braqa" futbolçusu ilə yeni müqavilə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Portuqaliya təmsilçisi Fransisko Çissumbanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi "qırmızılar"a məxsus olacaq.

"Braqa" Fransisko Çissumbanı 2029-cu ilin yayında "Palmeyras" akademiyasından transfer edib.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də Portuqaliyada, cavab görüşü isə Bakıda keçiriləcək.