“Braqa”nın yarımmüdafiəçisi Andre Orta Yunanıstana köçə bilər.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə "Olimpiakos" yaxından maraqlanır. Pirey təmsilçisi pleymeykeri icarəyə götürmək niyyətindədir. 

Qeyd edək ki, Orta bu mövsüm “Braqa”nın heyətində 14 oyunda 2 qol və 1 asistlə yadda qalıb.

Xatırladaq ki, Portuqaliya klubu Avropa Liqasının pley-offunda "Qarabağ"la qarşılaşacaq.