Portuqaliya Premyer Liqasının XVIII turunun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Braqa" “Famalikao”nun qonağı olub.
Qarşılaşma Avropa Liqasının pley-offunda "Qarabağ"ın rəqibi olacaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
18 oyundan sonra hesabında 36 xal olan braqalılar 4-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə, cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.