Qış fasiləsində "Braqa" heyətini gücləndirə bilər.

Offsideplus.az xəbər verir ki, Portuqaliya təmsilçisi Şer Nduru ilə yaxından maraqlanır. Məlumatı "L'Équipe" nəşri yayıb. "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi 19 yaşlı italiyalının uğrunda "Beşiktaş"la mübarizə aparır.

2021-2023-cü ildə "Benfika"nın şərəfini qoruyan Şer ötən il PSJ-ə satılıb. Yarımmüdafiəçi Fransa klubunun heyətində cəmi 25 dəqiqə meydanda olub.