Portuqaliya çempionatında 31-ci turun matçalrı baş tutub.

Offsideplus.az xəbər verir ki, Azətbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Tondela” "evdə"  “Vitoriya Gimaraynş” ilə üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1.

 

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Tondela" 26 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.