Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayevlə yerli və dünya futbolunda baş verən son xəbərlər müzakirə olunub.
Verilişin bugünkü buraxılışında Misli Premyer Liqasında 2024-25 mövsümündə baş verən maraqlı hadisələr, mövsümün ən yaxşı "11-liy"i, "Sumqayıt", "Kəpəz" və "İmişli" klublarında baş məşqçi postuna iddialar, Fernandu Santuşun milli komandaya futbolçu seçimləri, Mahir Emrelinin gələcək karyerası və digər məsələlər müzakirə mövzusu olub.
Verilişi saat 21:00-dan etibarən "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.