"Aston Villa" Nikolas Ceksonun transferi üçün "Çelsi" ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi 25 yaşlı hücumçuya görə 47,5 milyon funt ödəyəcək. Bundan əlavə, London klubu bonuslar şəklində daha 17,5 milyon funt əldə edə bilər. Bu transfer "Aston Villa" tarixində ən bahalı alış olacaq.
Ötən mövsüm Seneqal millisinin üzvü icarə əsasında "Bavariya Münhen"də çıxış edib və Bundesliqada 23 oyunda 8 qol vurub.


