Azərbaycan millisinin sabiq üzvü və hazırda Avstriyanın "Stadl -Paul" klubunda çıxış edən Amit Quluzadənin Offsideplus.az-a müsahibəsi...

- "Union"a qarşı oyunda komandanın heyətində debüt etdin. Uyğunlaşma prosesi necə gedir?

- Bəli, ilk oyunumu keçirdim. Düzdü, tez bir zamanda uyğunlaşma prosesi getməz, amma komanda yoldaşlarım bu məsələdə çox kömək olurlar. Özümü çox yaxşı hiss edirəm.

- Məşqçi sənlə oyundan sonra çıxışın barədə danışdı?

- Yeni olduğuma görə mənim üçün bəzi şeylər çətin ola bilər, amma məşqçimiz bizə çox dəstək olur. Oyundan sonra da mənimlə danışdı.Mənə çox inanır. Bu da mənə özgüvən verir.

- Hazırda rəhbərlik bu mövsüm üçün qarşınıza hansı məqsədi qoyub?

- Əsas məqsəd çempionatda qalmaqdır. Bunun üçün mübarizə aparırıq. Mən də əlimdən gələni edəcəm ki, komandama kömək olum. İnşallah, mövsüm bizim üçün yaxşı sonluqla başa çatar.

- Komandada hazırkı maliyyə durumu nə yerdədir?

- Maliyyə cəhətdən pis deyilik. Komanda bu barədə çətinlik çəkmir. İndi bütün fikrimizi mövsümü yaxşı yerdə bitirməyə kökləmişik.

Cavid Əliyev