"Zirə" klubunun mozambikli hücumçusu Klesyo Baque kluba transferi və ölkəmizə adaptasiyası haqqında müsahibə verib.
Baque Offsideplus.az-a müsahibəsində ölkəmizə adaptasiya prosesindən, həmçinin "Zirə"dən əvvəl çıxış etdiyi "Qəbələ" klubundan və Bakını nə qədər çox sevdiyindən bəhs edib.
Futbolçu Azərbaycana heyranlığını bildirməklə yanaşı buranın onun üçün ikinci evi kimi olduğunu qeyd edib.Həmin müsahibəni sizə təqdim edirik:
- Keçən mövsüm "Qəbələ"dən "Zirə"yə keçdiniz.Bu qərarınıza təsir edən amil nə oldu?
"Bu kluba transfer olunmağı özüm istədim.Səbəb isə "Zirə"nin sistemini,layihələrini bəyənməyim oldu."
- Yeni kluba adaptasiya müddəti nə qədər vaxt çəkdi?
"Zirə"dən öncə də "Qəbələ"də oynamağım mənim bura adpatasiya prosesimdə həlledici rol oynadı.Mən artıq bu sistemi bildiyim üçün vaxtından tez klubun sisteminə uyğunlaşdım.
- Bu mövsüm Azərbaycan Premyer liqasında hədəfləriniz nələrdir?
- Mən hər zaman olduğu kimi bu mövsüm də komandamın uğurlarında böyük pay sahibi olmaq,klubumuzu ən yaxşı mövqelərə gətirmək istəyirəm.
- Liqanın ilk oyununda keçmiş komandan olan "Qəbələ"yə qarşı oynadın.Oyun zamanı nə hiss etdin?
- Təbii ki,köhnə komandama, köhnə komanda yoldaşlarıma qarşı oynadığım üçün qəribə hisslər yaşadım.Ama əgər professional futbolçu olmaq istəyirsinizsə emosiyalara qapılmamaq lazımdır.
- Azərbaycan millisində yeni veteran olmuş Rəşad Sadıqovun məşqçilik sistemini nə dərəcədə bəyənirsiz?
- Yenicə məşqçilik etməsinə baxmayaraq onun texnikasını çox bəyənirəm və inanıram ki,klubu daha yüksək yerlərə aparacaq.
- Azərbaycan Premyer Liqasında bu mövsüm də 8 klub iştirak edir. Səncə bu rəqabəti zəiflədirmi?
- Liqaya bu il yaxşı futbolçular transfer oldu.Düşünürəm ki, bu mübarizə əzmini artıracaq.
- Pandemiya ilə əlaqədar bu mövsüm oyunlar azarkeşsiz keçir.Bu sizə necə təsir edir?
- Təbii ki, azarkeşli oyunlar üçün çox darıxmışam. Azarkeşlər komandaya güc və özünə inam bəxş edir.
- Son olaraq, Azərbaycan mətbəxi və mədəniyyəti haqqında nə deyə bilərsən?
Gözəl şəhərdir, ölkənizin insanları da çox səmimi və mehribandır. Qədim mədəniyyətinizin olduğunu eşitmişəm. Yeməklərə isə söz ola bilməz.