“Məncə, bu oyundan bir xal almaq mümkündür”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Qarabağ”ın sabiq üzvü Zaur Ramazanov deyib.
Veteran futbolçu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Liverpul”la keçirəcəyi sonuncu – VIII tur oyunu haqqında fikirlərini bölüşüb:
“Düşünürəm ki, matç heç-heçə bitəcək. “Qarabağ”ın son oyunları göstərdi ki, “Liverpul”la da oynamaq olar. Üstəlik, İngiltərə təmsilçisi son vaxtlar o qədər də stabil çıxış etmir. Öz çempionatlarında da axrıncı oyunda məğlub olublar. Bundan istifadə edib bir xal qazanmaq mümkündür. Şanslar bərabərdir. Komandamızın mərhələ keçməsini biz də çox istəyirik. “Qarabağ”ımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək “Liverpul” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


