“Əvvəldən məlum olduğu kimi, Bəhlulla, Şahruddin zədəlidir”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Qarabağ” klubunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
Klub rəsmisi Azərbaycan çempionunun bu gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) qarşı keçirəcəyi oyunun heyəti ilə bağlı danışıb: “Sami Mmae isə əsas heyətdən çıxarılıb. Hazırkı vəziyyətdə digər futbolçuların hansındasa problem yoxdur. Start heyətlə bağlı yekun qərarı isə məşqçilər korpusu verəcək”.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 1:6 hesabı ilə uduzub.



