Eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, CİES Futbol Observatoriyasının 79 ölkənin 110 liqası ilə bağlı göstəricilərini araşdırdığı siyahıya Fransa Liqa2-də “Şambri”ni çalışdıran Bruno Luzi başçılıq edir. Mütəxəssis 6910 gündür bu vəzifədədir. Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdi – 5586 gün.

Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvəldə altıncıdır. 4353 gündür Ağdam klubunu çalışdıran 48 yaşlı mütəxəssis araşdırma aparılan liqalar üzrə 6-cı yerdədir.