2018-ci ildən bəri icarə əsasında Almaniyanın “Herta” klubunda forma geyinən Marko Qruyiç müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıdacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Mixael Preets yerli mətbuata açıqlamasında deyib.

O, 24 yaşlı yarımmüdafiəçinin iyunun 30-na qədər olan müqaviləsini yeniləməyəcəklərini və Qruyiçin “Liverpul”a qayıdacağını bildirib.