İngiltərə Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü bərpa olunsa, bir sıra qadağalar tətbiq edilə bilər.
Offsideplus.az xəbər verir ki, çempionatın bərpasından sonrakı futbolçuların meydana tüpürməsi, formaları dəyişməsi, eyni su qabından istifadə, həmçinin qol sevincini komanda şəklində qeyd etməyin qadağan olunacağı gözlənilir. Qadağaların 1 illik tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, Premyer Liqanın bərpası iyunun 8-nə planlaşdırılır.