Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün Yunan-Roma güləşçilərimizin mübarizəsinə yekun vurulacaq. 

Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxacaq. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının rəqibi bugünkü təsəlliverici görüşlərdə bəlli olacaq.