Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz mübarizəyə qoşulub.

57 kq dərəcəsində təmsilçimiz Əliabbas Rzazadə 1/8 final mərhələsində yarışıb. O, Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə qarşılaşıb. Görüş rəqibin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb.

13:30. Sərbəst güləş, 57 kq

1/8 final

Əliabbas Rzazadə - Qulomjon Abdullayev (Özbəkistan)  4:11