Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri mübarizəyə başlayıb.
O, 1/16 final mərhələsində Rafael Silvanın (Braziliya) müqavimətini qıra bilib. İdmançımız ipponla qalib gəlib.
Növbəti mərhələdə idmançımız finlandiyalı Martti Puumalainenlə üz-üzə gəlib.Təmsilmiz rəqibini ipponla məğlub edərək ¼ finala vəsiqə qazanıb. Uşanqi yarımfinala gedən yolda Kim Minconla (Cənubi Koreya) qarşılaşıb. Rəqib qalib gəldiyindən cüdoçumuz təsəlliverici görüşə qatılıb. O, təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb və məğlub olub.