Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında triatlonçuların fərdi yarışları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı bu növdə təmsil edən Rostislav Pevtsov turniri 43-cü başa vurub.
O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
Xatırladaq ki, yarış dünən keçirilməli idi. Lakin Sena çayının keyfiyyətinin aşağı olması buna mane olub.