Dünən Azərbaycanın Yay Olimpiya Oyunlarında bayraqdarları açıqlandı. Bu vəzifəni cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək. Maraqlıdır ki, yalnız Azərbaycanın bir bayraqdarı iştirak etdiyi olimpiadada uğurlu çıxış edib. Elə isə gəlin Azərbaycan bayraqdarının Olimpiya Oyunlarındakı nəticələrinə diqqət yetirək..

Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb. Atalanta olimpiadasında ölkəmizin bayraqdarı Nazim Hüseynov olub. Cüdo üzrə Olimpiya və Avropa çempionu müstəqil Azərbaycanın ilk bayraqdarı kimi adı ölkə tarixinə yazdırmağı bacarıb. Lakin atlet sözügedən yarışda o qədər də uğurlu çıxış etməyərək, sonda 17-ci olub.

2000-ci il Sidney olimpiadasında isə Nazim Abdullayev sözügedən vəzifəni icra edib. Güləşçimiz turnirdə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Afina Olimpiya Oyunları da Azərbaycan bayraqdarı üçün uğurlu olmayıb. Ağır atlet Nizami Paşayev sifariş etdiyi hər üç çəkini başı üzərinə qaldıra bilmədiyindən yarışı nəticəsiz başa vurmuşdu.

Pekin olimpiadasının bayraqdarı Fərid Mansurov da uğursuzluğa düçar olanlardandır. Yunan-Roma güləşçisi yarışı 20 tamamlayıb.

Sözügedən vəzifəni 2012-ci il Londonda Elnur Məmmədli icra edib. Cüdo millimizin üzvü yekunda 32-ci olub.

2016-cı ilin bayraqdarı Teymur Məmmədova isə ümidlər böyük idi. Ancaq boksçu yalnız 5-ci olmağı bacardı.

Son Tokio Olimpiya Oyunlarında bayraqdar olan taekvandoçu Fəridə Əzizova 1/8 finalda mübarizəni dayandırdı.

Beləliklə, 2000-ci ildən bu yana bayraqdar olan atlet həmin olimpiadada medal qazana bilmir.

whatsapp_image_2024-07-18_at_13-11-57