Kişi və qadınlardan ibarət Azərbaycan milli komandası Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur görüşlərinə çıxıblar. 

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət yığmamız bu turda Türkiyə ilə heç-heçə edib - 2:2. Qadınlardan ibarət millimiz isə İsrailə 3:1 hesabı ilə qalib gəlib.

 Kişilər 

 Türkiyə – Azərbaycan - 2:2

 Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov - 0,5:0,5

 Əmrə Can – Rauf Məmmədov - 0,5:0,5

 Vahap Sanal – Qədir Hüseynov - 1:0

 Cəmil Can Ali Marandi – Vasif Durarbəyli - 0:1

 Qadınlar

 İsrail – Azərbaycan - 1:3

 Marsel Yefroimski – Günay Məmmədzadə - 0,5:0,5

 Dina Belenkaya – Xanım Balacayeva - 0:1

 Maşa Klinova – Gövhər Beydullayeva - 0,5:0,5

 Mixal Lahav – Ülviyyə Fətəliyeva - 0:1