Azərbaycan yığmasının rəqibi Lüksemburq yığması UEFA Millətlər Liqasındakı oyunlarını yeni tikilən Milli Stadionda keçirə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp arenadakı işlərin koronavirus pandemiyası ilə əlaqədar ləngiməsindən sonra Millətlər Liqasındakı qarşılaşmaları yeni stadionda oynamağın mümkünsüz olduğunu bildirib.
Stadiondakı ilk oyunlar 2021-ci ilin martına planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburqla yanaşı, Kipr və Monteneqro da birgə yer alıb. Azərbaycan - Lüksemburq matçı sentyabrın 1-də, komandalar arasındakı növbəti görüş isə noyabrın 15-də keçirilməlidir.