"Formula 1"də yeni mövsümə start verilib. 

Offsideplus.az xəbər verir ki, dünya çempionatı Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq. 

Qeyd edək ki, "Formula 1"də yeni mövsümün ilk yarışı martda Avstraliyada keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən ləğv edilib. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

Daha əvvəl Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.