Türkiyənin "Fənərbağça" klubu futbolçusu Maurisio İsla ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, çilili yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, M.İsla 2017-ci ildən İstanbul təmsilçisində çıxış edirdi. O, bu mövsüm ölkə çempionatında 19 oyunda iştirak edib.