“Roma” klubu koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün daha 100 min avro pul toplayıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi məhdud sayda satışa buraxdığı formalardan 5 günə 100 min avro pul yığıb.

Satışın daha iki gün davam etdiriləcəyi bildirilir. Bu məbləğ koronavirusla mübarizə üçün sərf olunacaq.