Formula 1 üzrə dünya çempionu Mixael Şumaxerin bolidi – "Reynard 903" satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, M.Şumaxer 1990-cı ildə "Reynard 903" ilə Formula 3 yarışlarının qalibi olub. 185 at gücünə malik bolidlə dünya çempionu WTS komandasının heyətində fərqlənib.
Bolidin qiyməti açıqlanmasa da, satışın razılaşma əsasında mümkün olacağı qeyd olunub.
Qeyd edək ki, Formula 3 yarışlarının 1990-cı il mövsümündə M.Şumaxer "Reynard 903" ilə 11 mərhələdən 5-də birinci olub.