Məşhur "Tour de France" veloyürüşü barədə yeni qərar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib. Ölkə başçısı yürüşün planlaşdırılan vaxtda keçirilməyəcəyini bəyan edib:
"Mövcud şərtlərdə Tour de France-nın planlaşdırılan tarixlərdə mümkün olmayacağını nəzərə alaraq, bu ilin sonunda keçiriləcək yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə məsləhətləşirik"
Qeyd edək ki, sözügedən yarış 27 iyundan 19 iyuladək keçirilməli idi.