Offsideplus.az olaraq region klublarında çıxış edən futbolçularla silsilə müsahibələrə start veririk.

İlk müsahibimiz "Oğuz" Futbol Klubunun oyunçusu Elmir Cəfərovdur.

- Məşqlərinizi edirsininizmi? Komandanızdakı ab-hava necədir?

- Ab-hava yaxşıdır. Məşq edirik. 2-3 gündən bir yığılıb hazırlıqlarımızı keçirik. Bildiyiniz kimi pandemiya səbəbindən Region Liqası təxirə salınıb, ancaq ümumilikdə durum yaxşıdır.

- Region Liqası başlasa iştirak edəcəksiniz?

- Əlbəttə, başlasın, inşallah iştirak edərik.

- Oğuzda daha peşəkar, ən azından 1 ci divizonda çıxış edəcək bir komandanın yaranmamasının (olmamasının) səbəbini nədə görürsünüz?

- Təbii ki, kim istəməz ki, Birinci divizionda çıxış edəcək bir komanda yaransın. Oynamaq istəyən gənclər həddən artıqdır. Çox potensiallı futbolçular var, ancaq həm maliyyə dəstəyinin zəifliyi, həm də şəraitin olmaması buna əngəldir. Dediyim məsələlər həllini tapınca niyə də yox?!

- 3 il ardıcıl Region Liqasında iştirak etdiniz. Bunun Oğuz futboluna nə kimi xeyri dəydi?

- Əsasən komandamızın futbolçuları üçün yaxşı təcrübə oldu. Biri var ancaq rayon daxilində oynayasan, biri də var digər bölgələrə gedəsən. Elə oyunçu olur ki, rayondan kənara çıxdıqda istər-istəməz çəkinir. Ümumilikdə, bu, futbolçuların təcrübəsini artırmağı üçün çox yaxşı oldu.

- Bu turnirdə ən yadda qalan oyununuz hansı olub? Qrupdan çıxa bilmədiniz, səbəb nə idi?

- Ən yaddaqalan oyunumuz "Qax"la öz meydanımızdakı matç olub. Həmin görüşdə 0:2 hesabı ilə uduzduğumuz halda nəticəni 3:2-yə çevirmişdik. Deyərdim ki, qrupdan çıxa bilməməyimizin səbəbi maliyyə dəstəyinin zəifliyi və futbolçularımızın ailə vəziyyətləri ilə əlaqədar digər işlərdə çalışması idi. Oynayırsansa, sənə mütləq maliyyə dəstəyi olmalıdır. Belə olanda həvəs də olur, uşaqlar da rahat oynayır. Məşqə beşi, onu gəlib ikisi gəlməyəndə alınmır.

- Komandanız haradan maliyyələşirdi?

- Komandamız Oğuz rayonunun İcra Hakimiyyəti tərəfindən maliyyələşirdi. Biz hər oyuna gedəndə başçı Eyvaz Qurbanov idarə müdirlərinə tapşırıq verirdi və həmin şəxslər bizim üçün müəyyən maliyyə ayırırdı.

- Oğuzda futbolu inkişaf etdirmək üçün nələr lazımdır, nələr çatışmır?

- Birinci növbədə rayonda baza yoxdur. Stadion, kompleks bağlıdır hazırda. Meydançanın ot örtüyü nə qədər yaxşı olsa da soyunub-geyinmə otaqları belə yoxdur. Əsas məsələ bazanın mövcudluğudur. 

- Bu gün Azərbaycanda özünə iş tapa bilməyən bəzi futbolçular dünyanın o başına - Nepala, Maldivə üz tutur. Yaxın gələcəkdə belə bir planınız olacaqmı?

- İnşallah. Kim istəməz ki, ölkənin adını kənarda təmsil etsin. Hər bir gəncin öz istəyi var, qismətdir. Gələcəkdə hər şey ola bilər.

- Son günlərin əsas müzakirə mövzusu olan Avropa Super Liqası ilə bağlı nə deyə bilərsiniz? Sizcə bu turnirin yaradılması labüd idi?

 - Bu turnir haqda onu deyə bilərəm ki, Çempionlar Liqası hamısından yaxşıdır, həm də elə komandalar var ki, ora düşmək üçün maliyyə imkanları çatmaz.

Daşqın Əziz

jhj

7556ee3a 365e 422e 8a9c 08d17a24baed

ghgh

hgh

ghgge