"Sumqayıt" klubu Misli Premyer Liqasının ilk 16 turunda 11 yerli futbolçuya şans verib.

Offsideplus.az xəbər verir ki, bu, "kimyaçılar"ın "kassa"sını dolduracaq.

Onlar "Qəbələ" və "Kəpəz"dən sonra ən çox yerli futbolçuya güvənən klubdur.

Bu, ümumilikdə kluba 99 min 700 manat gəlir qazandıracaq.

"Sumqayıt"ın heyətində ən çox meydana çıxan yerli futbolçu Rüstəm Əhmədzadədir. O, 1287 dəqiqə meydanda olub.

Onu kapitan Səbuhi Abdullazadə təqib edir. Səbuhi 1251 dəqiqə meydanda komandasına kömək edib.

Saşa İliç bu iki oyunçudan başqa Nihad Əhmədzadə, Xəyal Feyzullayev, Mehdi Cənnətov, Kənan Feyziyev, Nadir Orucov, Höccət Haqverdi, Ayxan Süleymanlı, Kamran Quliyev və Rauf Rüstəmliyə də şans verib. 

Qeyd edək ki, AFFA-nın ötən il verdiyi qərara əsasən klublara yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq ediləcək. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək.

(fanat.az)