“Sumqayıt” futbol klubu “Sabah”dan icarəyə götürdüyü oyunçu ilə yollarını ayırıb.
Rauf Rüstəmli Offsideplus.az saytına açıqlamasında bildirib ki, keçid onun öz istəyi ilə baş tutub.
Yarımmüdafiəçi mövsümün ikinci hissəsində “Karvan-Yevlax”da forma geyinəcək.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən ilin yayından “Sumqayıt”da çıxış edirdi.



