Misli Premyer Liqası bir aylıq fasiləyə yollanıb.
Offsideplus.az xəbər verir ki, çempionatın ilk hissəsində ən çox azarkeş "Sumqayıt"ın oyunlarına gəlib. Onları 9 qarşılaşmada stadiona ümumilikdə 25 min 810 insan izləyib. Bu hər oyuna ortalama 2868 azarkeş deməkdir.
"Kimyaçılar"ı "Turan Tovuz" və "Neftçi" izləyib.
Ən çox tamaşaçı XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
1 Sumqayıt 9 (oyun) 25810 (ümumi azarkeş sayı) 2868 (ortalama)
2 Turan Tovuz 7 17100 2443
3 Neftçi 8 14848 1856
4 Sabah 8 12855 1607
5 Qarabağ 7 10387 1484
6 Karvan-Yevlax 9 13120 1458
7 Şamaxı 7 7400 1057
8 Zirə 9 7950 883
9 Kəpəz 8 4850 606
10 Qəbələ 7 4000 571
11 İmişli 8 4200 525
12 Araz-Naxçıvan 8 1540 193



