Misli Premyer Liqasında XII tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Sabah" "Şamaxı"nı qəbul edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Komandalar arasında ilk dövrədəki oyun "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" 22 xalla 4-cü, "Şamaxı" isə 14 xalla 8-ci yerdədir.

Misli Premyer Liqası, II tur

23 noyabr (bazar)

15:00 "Sabah” – “Şamaxı” 0:0 

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Vüsal Əliyev 

AFFA nümayəndəsi: Anar Şıxəliyev

“Bank Respublika Arena”