“Qol vura bilmədik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XI turunda baş tutan "Qarabağ" və "Neftçi" matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Qarabağ"a qarşı səfərdə oynamaq asan deyil. Onlar hansı səviyyədədir görürük. Birinci hissədə düz və yaxşı oynayırdıq. Fərqli "Neftçi"ni izləyirik. Komandamdan çox razıyam. Bu gün bu qədər adamın gəlməsinin səbəbi “Qarabağ” yox, “Neftçi”dir. Çünki biz insanlara ümid vermişdik. Düzdür, bəzi planlar pozuldu. Ancaq yaxşı oynadıq”.

Abasov matçın 50-ci dəqiqəsində baş məşqçi Elçin Məsiyevin verdiyi penalti epizoduna da münasibət bildirib: “Düşünürəm ki, bu cür ucuz penallar verilməməlidir. Bu, bizə həddindən artıq çox pis təsir etdi. Düzdür, həmin epizodda kontakt var idi. Ancaq görünən odur ki, oyunçunu yıxmaqdan çox, özünün yıxılmaq istəyi vardı. 

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.