Misli Premyer Liqasının IX turunda "Sabah" "Arqaz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunu şərh edib:

"Çətin matç idi. İlk hissədə topa nəzarətdə üstünlük bizdə idi. Hücumları daha yaxşı bitirə bilərdik. İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki yuxulu idik. Mərkəzdə çoxlu top itkilərinə yol verdik. Rəqib bizə böyük təzyiq göstərmirdi. Qollardan sonra daha açıq oyunun şahidi olduq. Hesabı 3:1 etmək üçün fürsətlərimiz var idi. Matçın sonlarında hakimin verdiyi foul qərarında mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı. Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək, bilmirəm. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilməzsən. Bir çox matçlar bərabər səviyyədə keçir. Hakimin son saniyələrdə əleyhimizə verdiyi qərar bizə böyük zərər vurdu".