2025-26 mövsümündən etibarən Misli Premyer Liqasına qayıdacaq "Qəbələ"nin kapitanı Asif Məmmədovun komandadakı gələcəyi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Qəbələ təmsilçisinin iyunun 30-dan etibarən start verdiyi təlim-məşq toplanışında 38 yaşlı futbolçunun fərqli geyimdə olması diqqət çəkib. Kazaber Sxadadzenin texniki heyətində yer alan A.Məmmədovun növbəti mövsüm komandadakı funksiyası barədə klubun mətbuat katibi Şair Abdullaya sorğu ünvanladıq.

"Asif Məmmədov komandamıza oynayan məşqçi qismində xidmət edəcək. Lazım olduqda oyunçu, qalan vaxtlarda isə məşqçidir", deyə klubun sözçüsü saytımıza açıqlamasında bildirdi.