Azərbaycan çempionu "Qarabağ” “Kəpəz”in qapısına 100-cü qolu vurub.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi dünən Misli Premyer Liqasının XXXV turunda 3:0 hesablı qələbə qazanıb.

Leandro Andradenin 31-ci dəqiqədə vurduğu qol ölkə çempionatları tarixində "Kəpəz"in qapısından keçirilən 100-cü top olub. “Qarabağ” bu məhsuldarlığa Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada nail olub.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında rəqiblərdən birinin digərinə 100 və ya daha çox qol vurduğu 7-ci haldır. Onlardan 5-i “Qarabağ”ın, 2-si isə "Neftçi"nin hesabındadır. 

Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:

1. “Qarabağ” – 140 qol (“Neftçi”yə)

2. “Qarabağ” – 126 qol (“Sumqayıt”a)

3. “Neftçi” – 124 (“Şamaxı”ya)

4. “Qarabağ” – 114 (“Şamaxı”ya)

5. “Qarabağ” – 104 (“Qəbələ”yə)

6-7. “Neftçi” – 102 (“Kəpəz”ə)

“Qarabağ” – 102 (“Kəpəz”ə)

Qeyd edək ki, “Qarabağ” - “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.