Bu gün Misli Premyer Liqasında XXVIII tura yekun vurulur.

Offsideplus.az xəbər verir ki, günün ən prinsipial qarşılaşması Tovuz şəhər stadionunda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan iki komanda - "Kəpəz" və "Səbail" arasında olub.

Həmçinin Tovuzdakı görüş Azərbaycan milli komandasının sabiq futbolçusu, 36 yaşlı Elvin Məmmədov üçün əlamətdar olub. O, həyatında ilk dəfə peşəkar klubun baş məşqçisi kimi meydançaya çıxıb. E.Məmmədov iki həftə öncə "Səbail"dən istefa verən Cavid Hüseynovu əvəzləyib.

Matçda komandalar hərəyə bir dəfə fərqlənə bilib. Bu oyundan sonra "Kəpəz" xalını 24 edib və 9-cu yerdədir. "Səbail" isə 19 xalla sonuncudur.

30 mart (bazar)

“Kəpəz” – “Səbail” 1:1

Qollar: Şervoni Mabatşoev, 41 - D. Litvin, 68

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu, 16:00