Misli Premyer Liqasında medallar uğrunda mübarizə aparan "Sabah" bu gün növbəti sınağına çıxıb. 

Offsideplus.az xəbər verir ki, Vasili Berezutskinin çalışdırdığı komanda autsayder "Səbail"in qonağı olub.

Tərəflərin son durumu, eləcə də statistika "Sabah"ın aşkar favorit olduğunu göstərirdi. Belə ki, "Səbail" rəqibinə axırıncı 3 görüşdə uduzmuşdu. Lakin oyunda qol vurulmayıb.

17 fevral

“Səbail”– “Sabah” 0:0
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“ASCO Arena”