"Qarabağ"dan ayrılaran Julio Romao keçmiş komandası ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Ağdam təmsilçisinə, azarkeşlərə və Azərbaycan xalqına mesaj göndərib. O, bunları deyib: 

"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"

Qeyd edək ki, Romao 2022-ci ildən "Qarabağ"da çıxış edirdi.