"Kəpəz" UEFA Millətlər Liqası ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədə yoxlama matçı keçirməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la oyundan sonra komandaya 3 günlük istirahət verilib. Gəncə təmsilçisi noyabrın 13-də məşqləri bərpa edəcək.