Albaniya millisinin üzvü karyerasını Azərbaycanda davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, söhbət Endri Çekicidən gedir. Misli Premyer Liqasında çıxış edən 1 klub pleymeykerlə maraqlanır. 27 yaşlı yarımmüdafiəçi agentlər tərəfindən "Turan Tovuz"a təklif olunub. 

Albaniya millisinin üzvü yaydan bəri klubsuzdur. Endri qış toplanışından öncə "boz qurd"a qoşula bilər.

Qeyd edək ki, yarımmüdafiəçi son olaraq Türkiyənin "Pendikspor" klubunda çıxış edib.