İngiltərə klubunun yeni transferində dopinq aşkar edilib.
Offsideplus.az xəbər verir ki, Cənubi Amerika Futbol Federasiyası "Hull Siti"nin Ekvadorun "LDU Quito" komandasından icarəyə götürdüyü Oskar Zambranoda dopinq müəyyən edib. Bu barədə Çempionşip təmsilçisi açıqlama yayıb.
Məlumata görə, futbolçunun işi İdman Arbitraj Məhkəməsinə verilib. Zambrano qarşıdakı günlərdə özünümüdafiə hüququndan istifadə edəcək.