"Turan Tovuz" 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəhriyar Əliyev ilə müqavilənin müddəti uzadılıb. 2 mövsümdür komandanın şərəfini qoruyan və kapitanlarından olan  təcrübəli müdafiəçi ilə 1+1 illik yeni  müqavilə bağlanıb.

Qış transfer dövründə "Turan Tovuz"a qoşulan Aleks Souza ilə də müqavilənin müddəti 2025/2026-cı illər mövsümünün sonunadək  artırılıb.