"Zirə" ötən ilin yayında "Şamaxı"dan icarəyə götürdüyü Fuad Bayramovu birdəfəlik transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Şamaxı"nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt klubu transfer etmək hüququndan yararlanaraq 26 yaşlı müdafiəçini heyətinə qatıb.

"Şamaxı" Fuad Bayramova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.