2024-25 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq "Şamaxı" iki futbolçusu ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, Süleyman Damadayev müqavilə əsasında aid olduğu "Qəbələ"yə, Elçin Qasmov isə "Turan Tovuz"a geri dönüb.
Qeyd edək ki, "Şamaxı" bu gün qapıçı Əkpər Vəliyevlə də yollarını ayırıb.